!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi şirkətlərindən şikayət bitmək bilmir: Sürücü "Bolt"un endirimini qəbul etmədi

!Reklam – Yazi

“Bolt” sürücüsü şirkətin güzəşt və endirimlərini vecinə almayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Samid adlı “Bolt” şirkətinin taksi xidmətindən istifadə edən müştəri bildirib.

O qeyd edib ki, şirkət tərəfindən ona gediş haqqında güzəşt tətbiq olunsa da, sürücü məbləğin tam ödənməsini tələb edir:

“Bakı şəhəri, Mircəlal küçəsi 58 ünvandan Nəriman Nərimanov prospekti 127 ünvana getmək üçün “Bolt” şirkətindən taksi sifariş etdim. “99-CY-804” dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtomobil sürücüsü sifarişi qəbul edərək qeyd edilən ünvana gəldi. Sonradan mənim tərəfimdən müəyyən olundu ki, sifarişi qəbul edən həmin avtomobilin əvəzinə, “955” nömrəli ağ rəngdə “Elantra markalı” avtomobil yaxınlaşıb. Həmin avtomobili istifadə edən sürücü Nəriman Nərimanov prospekti 127 ünvanına çatandan sonra onun telefonunda 3.70 manat gediş haqqı yazıldığını bildirərək həmin məbləğin ödənilməsini tələb etdi.

Mən isə ona narazılıq edərək telefonumda “Bolt” proqramında 2.58 manat gediş haqqı, eləcə də “Bolt” tərəfindən mənə güzəşt tətbiq olunduğunu bildirdim. Buna baxmayaraq, həmin sürücü onun telefonunda qeyd edilən 3.70 manat məbləği ödəməyimi kobud şəkildə istədi. Hesab edirəm ki, sürücünün hərəkətləri qanunaziddir və hüquqi qiymət verilməlidir”.

Gülşən

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv