!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Krımlı qız ona zorla verilmiş Rusiya pasportunu məhv etdi – FOTO

!Reklam – Yazi

Rusiyanın ilhaq etdiyi Krımda yerli sakinə məcburən verilən bu ölkəyə aid pasport məhv edilib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ukrayna ilə sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olan krımlı qız üstündəki Rusiya pasportunu nümayişkar tərzdə kəsib atıb.

Qız bununla ona zorla sırınmış Rusiya vətəndaşlığından qurtulduğunu bəyan edib.

Onun sözlərinə görə, Rusiya Krımı işğal edəndə 10 yaşı olub. Rusiyalı təbliğatçılar 8 il ərzində ona “rus olduğunu” təlqin etməyə çalışsalar da, bunun nəticəsi olmayıb.

Qız Ukraynanın nəzarətində olan əraziyə keçərək ukraynalı olduğunu və öz ölkəsinin vətəndaşlığını qəbul etmək istədiyini deyib.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv