!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Qaraciyər köçürülən aktyorun SON DURUMU: “Həkimlərin dediyinə görə...” - Xanımından AÇIQLAMA

!Reklam – Yazi

“Onu, xüsusən ilk 3 ay ərzində mikrob və infeksiyalardan qorumalıyıq”.

Bunu sirrozdan əziyyət çəkdiyi üçün qaraciyər köçürülən aktyor Elvin Ağayevin səhhəti barədə danışarkən həyat yoldaşı Elvina Ağayeva Yenicag.az-a açıqlamasında deyib.

O, həyat yoldaşının hələ bir müddət qorunmağa ehtiyacı olduğunu bildirib:

“Həkimlərin dediyinə görə, Elvinin səhhəti əməliyyatdan sonra stabildir. Amma vəziyyət dəyişir, bir gün çox ağrıları olur, digər gün başqa problem çıxır. Çünki ağır əməliyyatdan çıxıb…”

Aktyorun nə vaxt yaradıcılıq fəaliyyətinə başlaması ilə bağlı həkimlərin qərarına gəlincə, E.Ağayevanın cavabı belə oldu:

“Yaradıcılığı haqqında danışmaq hələ tezdir. Tam sağalandan sonra öz sənətinə qayıdacaq. Amma hələ ki nə evdə, nə də həkimlər tərəfindən bu barədə danışılır. Çünki kritik 3 və 6 ay keçməlidir ki, Elvin normal adaptasiya mərhələsinə başlaya bilsin”.

Qeyd edək ki, uzun müddətdir qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevə öz bacısının qaraciyəri köçürülüb.

Cəvahir

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv