!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya iqtisadiyyatı 2023-cü ildə tənəzzülə uğraya bilər - Proqnoz

!Reklam – Yazi

Almaniya iqtisadiyyatının gələn il resessiyaya girəcəyi və inflyasiyanın rekord həddə çatacağı proqnozlaşdırılır.

Yenicag.az “Paraanaliz”ə istinadən bildirir ki, bu barədə Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri olan Kiel Dünya İqtisadiyyat İnstitutu (IfW) məlumat yayıb.

IfW bu gün dərc olunan hesabatında Almaniya iqtisadiyyatı üçün 2022 və 2023-cü il üçün ÜDM artımı proqnozlarının aşağı olacağını və Avropanın ən böyük iqtisadiyyatının 2023-cü ildə 0,7 faiz azalacağını proqnozlaşdırıb.

Belə ki, IfW Almaniya iqtisadiyyatı üçün 2022-ci il üçün artım proqnozunun 2,1 faizdən 1,4 faizə endiyini açıqlayıb. Almaniya hökumətinə məsləhət verən beyin mərkəzləri arasında yer alan IfW bu il üçün inflyasiya proqnozunu 7,4 faizdən 8,0 faizə, gələn il üçün isə 4,2 faizdən 8,7 faizə yüksəldib.

İfW öz qiymətləndirməsində bildirib ki, elektrik və qaz qiymətlərinin son zamanlar sürətlə artması ev təsərrüfatlarının alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə aşağı salıb və şəxsi istehlak xərclərinin azalmasına səbəb olub.

Gülşən

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv