Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycan Ordusunun hərbi təhsil sisteminin təlim-tədris sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına müvafiq olaraq müdafiə təhsilinin genişləndirilməsi proqramı çərçivəsində (DEEP) NATO-nun ekspert qrupu ilə Bakıda işçi görüşü keçirilib.
Dövlət Statistika Komitəsi bu ilin yanvar-oktyabr aylarında inflyasiyanın ötən ilin eyni dövrünə nisbətən 5,7 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının eyni dövrdə 6,7 faiz bahalaşdığını açıqlayıb. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, mövcud inflyasiyanın beşdə dördü qeyri-monetar amillər, yəni pul və kredit siyasəti ilə əlaqəsi olmayan faktorlardan qaynaqlanır.