!Reklam

Ötən ilin 4 sentyabr tarixində Qəbələ rayon Zarağan kənd sakinlərinin bir hissəsi Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirərək kəndin qalan hissəsinin qazlaşdırılmasını tələb etmişdilər. Məsələ ilə bağlı redaksiyamıza şikayət ünvanlayan sakinlərin narazılıqları Yenicag.az-da işıqlandırılmış, problem ictimailəşdirildikdən sonra Qəbələ RİH-nin İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Nazir Cabbarov redaksiya ilə əlaqə saxlayaraq icra başçısının şikayətçilərin nümayəndəsini qəbul etdiyini və problemin həlli üçün tapşırıq verdiyini qeyd etmişdi.