!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Casusluq şübhəsi ilə həbs olunan İsrailli ər-arvad sərbəst buraxıldı – Ərdoğana TƏŞƏKKÜR / FOTO

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahının fotoşəklini çəkdikləri üçün həbs olunan İsrail vətəndaşları azad edilib.

Yenicag.az “Odatv”yə istinadən xəbər verir ki, İsrail vətəndaşları Natali və Mordi Okninin Türkiyədə “Siyasi və hərbi casusluq” ittihamı ilə həbs olunmaları iki ölkə arasında yeni gərginliyə səbəb olmuşdu.

Məlumata görə, Oknilər Çamlıca Qülləsinə çıxaraq oradan prezident Ərdoğanın iqamətgahının fotoşəklini çəkdikləri iddiası ilə həbs edilmişdilər.

Həbsdən azad olunun Okni cütlüyü bu gün xüsusi təyyarə ilə İsrailə yola salınıb.

Bundan sonra İsrailin baş naziri Naftali Bennet və xarici işlər naziri Yair Lapid birgə bəyanat yayaraq göstərdiyi xoş məram üçün Ərdoğana təşəkkür ediblər.

Yair Lapid sosial şəbəkə hesabından cütlüyün təyyarədə çəkilmiş görüntülərini də paylaşıb.

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv