!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qış qapıda, insanlar qazsız: Qəbələ RİH sözünü tutmur - ŞİKAYƏT

!Reklam – Yazi

Ötən ilin 4 sentyabr tarixində Qəbələ rayon Zarağan kənd sakinlərinin bir hissəsi Rayon İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirərək kəndin qalan hissəsinin qazlaşdırılmasını tələb etmişdilər. Məsələ ilə bağlı redaksiyamıza şikayət ünvanlayan sakinlərin narazılıqları Yenicag.az-da işıqlandırılmış, problem ictimailəşdirildikdən sonra Qəbələ RİH-nin İnformasiya Təminatı və Təhlili Sektorunun müdiri Nazir Cabbarov redaksiya ilə əlaqə saxlayaraq icra başçısının şikayətçilərin nümayəndəsini qəbul etdiyini və problemin həlli üçün tapşırıq verdiyini qeyd etmişdi.

Yenicag.az-ın məlumatına görə, şikayətin və icra başçısının “tapşırıq” verməsinin üzərindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, sakinlərin istəyi hələ də yerinə yetirilməyib.

Belə ki, Zarağan kəndinin bir hissəsi hələ də qazlaşdırılmamış qalır. Sakinlər isə qışın qapıda olduğu, soyuqların düşdüyü bir vaxtda yandırmaq üçün odun tapmırlar. Odun olsa belə, maddi durumları odun almağa kifayət etmir.

Ümid edirik ki, sakinlərin şikayətləri təmin ediləcək, Qəbələ RİH sözünü tutaraq əhalini bu qış mavi yanacaqsız qoymayacaq.

Aqil Bəkir

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv