!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tomas de Vaaldan Azərbaycanla bağlı qərəzli araşdırma: “Bu onun ermənipərəst mövqeyinin sübutudur”

!Reklam – Yazi

“Foreign Affairs”də Azərbaycanla bağlı gedən yazılar Tomas de Vaalın araşdırmasından götürülüb. Mən yazılara baxanda diqqət etdim ki, eyniliklər var və arqumentlər tamamilə üst-üstə düşür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O, Rusiya sülhməramlıların Qarabağdan çıxmasını Rusiya ilə Azərbaycan arasında sövdələşmə kimi təqdim edən araşdırmaçı Tomas de Vaalın fikirlərinə münasibət bildirib.

N. Miri düşünür ki, bu məsələdə Tomas de Vaalın müəyyən qərəzləri də hiss olunur.

“Çünki o, yazısında Rusiyanın Qarabağdan sülhməramlılarını vaxtından əvvəl çıxarmasını Azərbaycan-Rusiya anlaşmasına və Azərbaycanın Rusiyaya müəyyən güzəştlər etməsi anlamında qeydə alıb və buna vurğu edib. Eyni zamanda, o, göstərir ki, guya Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağda olması ilə bağlı hüquqi sənədin mövcudluğuna baxmayaraq, onlar vaxtından əvvəl çıxıblar. Araşdırmaçı yazıda qeyd edir ki, onlar götürdükləri öhdəliyə görə, ən azından, erməni əhalini qoruya, yaxud da 19-20 sentyabrda birgünlük antiterror əməliyyatının qarşısını ala və ya öz xoşları ilə köçmüş Qarabağ ermənilərinin bir hissəsini geri qaytara bilərdi”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, bu, birtərəfli və qərəzli yanaşmadır:

“Maraqlıdır, kiçik bir kontingentlə Azərbaycanın ildırımsürətli anti-terror əməliyyatına Rusiya necə müdaxilə edə bilərdi? Arqumenti irəli sürmək olar, ancaq bu arqument ciddi əsaslandırılmalıdır. Üstəlik, anti-terror əməliyyatına qədər Azərbaycan Qarabağ ətrafındakı bütün strateji yüksəklikləri öz nəzarətinə götürmüşdü. Qısacası, burada nəinki qanunsuz erməni silahlılarının, eləcə də Rusiyanın hərəkət etmə imkanları belə məhdud idi”.

Həmsöhbətimiz sual edib ki, Rusiya nəyə görə Ermənistanı müdafiə etməli və bu kontekstdə Azərbaycanı və Türkiyəni qarşısına almalı idi:

“Ukrayna müharibəsi fonunda Rusiya niyə özü üçün böyük problemlər yaratmalı idi? Bu cür suallara cavab verilmədən arqumentlər ortalığa qoymaqla Qarabağın tamamilə azad olunmasını Tomas de Vaal Azərbaycan-Rusiya sövdələşməsinə bağlayır. Bu, Tomas de Vaalın ermənipərəst mövqeyinin və qərəzli olmasının sübutdur”.

“O ki qaldı Azərbaycanın indiki hadisələrdən öz maraqları üçün istifadəsinə, bu, bir dövlətin bacarığıdır. Bütün dünyada, regionlarda müharibə getdiyi bir məqamda prosesləri özünün lehinə çevirə bilmək, bundan faydalanmaq uğurdur. Bu, niyə Tomas de Vaalı narahat edir və beynəlxalq ictimai rəyi çaşdırır? Paralel olaraq Azərbaycanın bütün bu mübarizə fonunda haqlı və ədalətli bir müharibə yürütdüyünü Tomas de Vaal unudur. Azərbaycanın torpaqlarının 20 faizi işğalda olub. Buna hansı beynəlxalq hüquq imkan verir? Niyə dünya və beynəlxalq təşkilatlar 30 il müddətində buna seyrçi kimi qalıblar? Bunları əsaslandırmadan Azərbaycan və Rusiyanın sövdələşməsindən danışılır. Əgər belə bir sövdələşmə varsa, bu Azərbaycanın nailiyyətidir”, – deyə siyasi təhlilçi fikirlərini tamamlayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv