4.3 milyardlıq cərimənin SƏBƏBİ: Nizam-intizam NECƏ QORUNMALIDIR?

media-hightechnic-468x90

Dünyanın ən yüksək cəriməsi 4,3 milyard dollardır.

Hər kəsə maraqlıdır. Görəsən, bu qədər yüksək cərimə varmı? Əgər varsa, hansı pozuntuya görədir?

İlk öncə cərimənin nə zaman və hansı məqsəd üçün tətbiq olunduğunu öyrənək.

Cərimə tərifi qanun pozuntusuna görə tətbiq olunan və şəxsə müəyyən məbləğdə pul ödəməyi məcbur edən hüquqi sanksiyadır.

Ümumilikdə cərimənin əsas məqsədi gələcək pozuntuların qarşısını almaqdır. Cərimələr cəza növü olaraq çox uzun müddətdir mövcuddur. Mənşəyi bəlkə də qədim sivilizasiyalara gedib çıxır. İlkin nümunələrdən biri, ölümə səbəb olan hallarda pul və ya mal şəklində təzminatın ödənildiyi Anqlo-Sakson hüququndakı “weregild” sistemidir.

Həmçinin cərimələr İslamın yüksəlişindən əvvəl Yaxın Şərqdə, eləcə də Bizans və Sasani imperiyaları tərəfindən geniş şəkildə tətbiq olunurdu və mübahisələri həll etmək, yaxud yanlış hərəkətləri cəzalandırmaq üsulu kimi bilinirdi.

media-the_first_international_peace_conference-_the_hague-_may_-_june_1899_hu67224

Müasir hüquq sistemində cərimə və cəza növləri

Qanun pozuntusuna görə inzibati, mülki və cinayət cəzaları tətbiq edilə bilir. İnzibati cəzalar əsasən dövlət orqanları tərəfindən inzibati qaydaların pozulmasına görə verilir. Buna çox vaxt cərimələr aid olunur. Mülki cəzalar isə fiziki və ya hüquqi şəxslər arasında zərər, yaxud müqavilələrin pozulması ilə bağlı olur, adətən pul cərimələrini əhatə edir. Ən ağır olan cinayət cəzaları məhkəmələr tərəfindən cinayətlərə, o cümlədən həbs və cərimələrə görə təyin edilir.

Mövzumuz isə əsasən, inzibati xətalara görə tətbiq edilən cərimələr və onların təsirləri ilə bağlıdır.

media-penalties-fine

Cərimənin müsbət təsirləri

Belə ki, cinayətin qarşısını almaq və həbs kimi daha ağır cəzalara alternativ olaraq cərimə üsulu çox təsirlidir. Bir çox inkişaf etmiş ölkələrdə məhz tətbiq edilən ağır cərimələr sayəsində vətəndaşlar qayda-qanuna yüksək səviyyədə əməl edir və onu pozmaqdan çəkinir, şəhərlər və parklar təmiz saxlanılır, yollarda nəqliyyatın hərəkətinə ciddi şəkildə əməl olunur, həmçinin vətəndaş məsuliyyəti hissinin aşılanmasına töhfə verilir. Nəticədə isə mənfi statistikada eniş müşahidə olunur.

media-unnamed-chunk-105-1

Nəzər salaq sözügedən inkişaf etmiş ölkələrə və oradakı səliqə-səhmana

Misal üçün Sinqapur. Bu ölkə ictimai davranış qaydalarının ən üst səviyyədə təmin olunması üçün sərt və yüksək cərimələrə üstünlük verir. Sinqapurda yanlışlıqla belə olsa, yerə zibil atmaq bəzi hallarda 19.800 dollara başa gələ bilər.

Dünya rekordu sayılan sürət cəriməsi isə hazırda “gün-cərimə” sisteminin tətbiq olunduğu İsveçrədə qeydə alınıb. Burada sürət həddini aşaraq saatda 170 kilometr (təxminən 105 mil/saat) sürətlə hərəkət edən isveçli sürücüyə 300 gün ərzində gündə 3.600 İsveçrə frankı olmaqla, ümumilikdə 1.091.340 ABŞ dolları məbləğində cərimə tətbiq edilib.

Yaponiya tez-tez ən intizamlı sürücülük mədəniyyətinə və yol hərəkəti qaydalarına yüksək riayət olunan ölkə kimi qeyd olunur. Bu, ciddi icra, hərtərəfli sürücü təhsili, nizam-intizam və qaydalara hörmətə mədəni vurğu kimi amillərin birləşməsindən irəli gəlir. Burada ən yüksək cərimə sərxoşluğa görədir və 1 milyon yuan təşkil edir (təxminə 7000 dollar).

İsveç ətraf mühitlə bağlı sərt siyasətləri, həmçinin təmizlik mövzusunda ictimai məlumatlılığı və məsuliyyəti ilə həmişə dünyanın ən təmiz ölkələri siyahısında birinci yerdədir. Burada ətraf mühiti və təbiəti məişət tullantıları ilə zibilləməyə görə 20.000 frank (25.000 dollar) cərimə tətbiq olunur.

media-whatsapp-gorsel-2025-07-08-saat-15-53-42_516ee396

Fərdi məsuliyyət və cəmiyyət dəyişikliyi

Xüsusilə ölkəmizdə keçirilən beynəlxalq COP29 tədbirinin həm Azərbaycana, həm də dünya ölkələrinin ətraf mühitinin, təbiətinin qorunmasında mühüm rolu oldu. Beynəlxalq praktikaya əsaslanaraq təbiətin, parkların, ictimai məkanların və ümumilikdə ətraf mühitin mühafizəsi üçün əhəmiyyətli addımlar atıldı. Sözügedən tədbir çərçivəsində aparılan maarifləndirmə və inzibati tənbeh işləri nəticəsində bu gün paytaxt Bakı istər ətraf mühit, istərsə də hava təmizliyinə görə dünyanın təmiz şəhərləri sırasındadır.

Beynəlxalq praktikada olduğu kimi Azərbaycanda da ətraf mühitin qorunmasına görə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər öz töhfəsini verdi. Yerə zibil atılmasına görə 300 manatdan 7000 manatadək tətbiq edilən inzibati cərimə sayəsində Bakı öz təmizliyini qoruyub saxlaya bilib. Artıq yerə nə siqaret kötüyü, nə də məişət tullantılarını müəyyən olunmuş qutulardan kənara atan var.

media-rmdbzi805cf4

Həmçinin yollarda nizam-intizamın yaradılması üçün beynəlxalq standartlara uyğun infrastruktrun yaradılması, avtobus zolaqlarının çəkilməsi və digər nəqliyyat vasitələrinin bu zolağa daxil olmasının qarşısının alınması üçün tətbiq edilən cərimə öz töhfəsini verdi. Bunu sayəsində bir neçə il əvvələ qədər xaosun hökm sürdüyü paytaxt yolları bu gün nizam-intizamı ilə seçilir.

Bir sözlə, cərimə sistemi nizam-intizamın qorunması üçün hər zaman ən təsirli metod kimi istifadə olunmaqdadır. Vətəndaşların üzərinə düşən öhtəlik isə yüksək cəriməyə ehtiyac duymadan qaydalara və qanunlara riaət etmək, ətraf mühitin qorunmasında öz köməklərini əsirgəməmək, nəqliyyatda və ümumilikdə məişətdə bir-birinə nəzakətli davranmaqdır.

4,3 milyard dollar olmaqla dünyanın ən yüksək cəriməsinə gəldikdə isə bu, kriptovalyuta birjası Binance-ə tətbiq edilib. Cərimənin əsas səbəbi çirkli pulların yuyulması, lisenziyasız pul köçürmələri və sanksiyaların pozulması ilə bağlıdır.

media-1697102530269852792_1200x630-1697106535

Araşdırma və təhlillər Nəsimi Ələsgərliyə məxsus olub, məqalədə yer alan fikirlər şəxsi baxışları əks etdirir.

Mənbələr:

Cərimə haqqında tarixi məlumat

https://en.wikipedia.org/wiki/Fine_(penalty)#:~:text=Early%20examples%20of%20fines%20include%20the%20weregild,on%20the%20victim’s%20social%20status.%20The%20Netherlands

Müasir hüquq sistemində cərimə və cəza növləri

https://study.com/academy/lesson/types-of-law-fields-areas-of-practice.html#:~:text=In%20general%2C%20the%20three%20main%20categories%20of,such%20as%20the%20Social%20Security%20Administration%20(SSA)

Cərimənin müsbət təsirləri

https://repub.eur.nl/pub/11349/The_Optimal_Use_of_Fines.pdf

Sinqapurda 19.800 dollarlıq cərimə

https://www.todayonline.com/singapore/s19800-fine-cwo-high-rise-littering

Dünya rekordu sayılan cərimə

https://abcnews.go.com/ABCNews/finnish-businessman-handed-121000-speeding-ticket/story?id=99861907#:~:text=The%20world%2Drecord%20speeding%2Dticket,mph)%20over%20the%20speed%20limit

Yaponiyada yol hərəkəti qaydasının pozulmasına görə cərimə

https://wwwtb.mlit.go.jp/kyushu/content/000039671.pdf

İsveçdə ətraf mühitin zibillənməsinə görə cərimə

https://becomingbettertogether.org/how-much-is-the-fine-for-throwing-garbage-in-various-countries.html

300-7.000 manat cərimə

https://fed.az/az/huquq/yere-zibil-atilmasina-gore-300-manatdan-7000-manatadek-cerime-tetbiq-olunacaq-211654

Dünyanın ən yüksək cəriməsi

https://www.skillcast.com/blog/biggest-aml-fines-annual-report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600