Türk Donanması Qəzzaya YOL ALDI – Ankaradan gələn ŞOK MESAJ

media-hightechnic-468x90

“Türk Donanması və NATO-ya bağlı gəmilərin iştirakı səbəbilə bölgədə hərbi müdaxilənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli siyasi ekspert Güngör Yavuzaslan deyib.

media-gungor-yavuzaslan-kimdir

O, Türkiyənin hərbi gəmilərinin humanitar yardım üçün Qəzzaya doğru yol almasının İsrail tərəfindən veriləcək mümkün reaksiyasından danışıb.

Siyasi ekspert bildirib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus iki freqat, humanitar yardımların təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək məqsədilə müşahidə, mühafizə və humanitar yardım missiyası həyata keçirir:

“Türkiyəyə məxsus bu iki freqatla yanaşı, İtaliya, İspaniya və Yunanıstan da daxil olmaqla, ümumilikdə dörd NATO ölkəsi bu beynəlxalq missiyada iştirak edir. Yolda texniki nasazlıqla üzləşən gəmiyə müdaxilə və humanitar yardımların vaxtında çatdırılması məsələlərini Türk Qızılayı koordinasiya edir. Missiyanın əsas məqsədi beynəlxalq sularda İsrail tərəfindən ola biləcək mümkün müdaxilələrə qarşı önləyici tədbirlər görməkdir. Bu çərçivədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin 42 nəfərlik heyətə malik freqatları bölgədə sülh və humanitar yardım missiyası yerinə yetirir. Qeyd edək ki, bu hərbi əməliyyat və ya qarşıdurma məqsədli bir missiya deyil”.

Onun sözlərinə görə, humanitar yardım gəmiləri İsgəndəriyyə sahillərinə doğru hərəkət edir və təxminən 300 mil məsafə qət edəcəklər:

“Bu məsafə qət edildikdən sonra yardımlar Misirin İsgəndəriyyə limanında boşaldılacaq. Gözlənilir ki, Misir Dəniz Qüvvələrinə bağlı gəmilər də beynəlxalq sularda bu filateliyaya qoşularaq müşayiət etsin. Bu əməliyyatda başda Türk Donanması və NATO-ya bağlı gəmilərin iştirakı səbəbilə, bölgədə hərbi müdaxilənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa