ABŞ İsrail-HƏMAS danışıqlarından GERİ ÇƏKİLDİ – Vaşinqton İKİLİ PLAN CIZIR?

media-hightechnic-468x90

“Sözün düzü, ABŞ bu qədər müzakirələrdən geri çəkilməsinin səbəbini HƏMAS-ın üçtərəfli razılığa hazır olmaması və onun yanlış davranışları ilə izah etdi. Ancaq bunun arxasında başqa məsələlər də ola bilər. İsrailin bölgədə və ABŞ-də bir növ üstün əli var, çünki onun böyük dəstəkçisi Vaşinqtondur”.

Bunu Yenicag.az-a açıqlamasında cənubi azərbaycanlı politoloq Mehdi Nəimi deyib.

media-mehdi-neimi1

Siyasi təhlilçi Dohada keçirilən İsrail-Fələstin danışıqları çərçivəsində ABŞ-nin xüsusi nümayəndələrini geri çağırması və danışıqlardan çəkilməsinin siyasi səbəblərini izah edib.

Müsahibimizin fikrincə, ABŞ iki məsələnin orasında qalıb:

“Biri İsraili dəstəkləmək, ona himayədarlıq etmək, digəri isə beynəlxalq ictimaiyyətin humanitar və insani məsələlərlə bağlı təzyiqləridir. Ona görə də ABŞ rolunu ehtiyatla oynamağa başlayıb və həm özünü yardımsevər, humanist kimi göstərməyə çalışır, həm də İsraili meydanda tək buraxmaq istəmir. Beləcə, müxtəlif bəhanələrlə bu məsələni uzatmağa çalışır və eyni zamanda çalışır ki, HƏMAS-ın əl-qolunu bölgədən qaldırsın və ya onun təsir imkanlarını azaltsın”.

“Digər tərəfdən, bu məsələ İsrail-Fələstin qarşıdurmasında Fələstinin rəsmi tanınması məsələsidir. Son günlərdə Fransanın sentyabr ayında Fələstini rəsmi şəkildə tanıyacağını elan etməsi bu baxımdan önəmlidir. Amma təkcə Fransa deyil, onunla yanaşı İspaniya, İrlandiya və bir neçə digər Avropa ölkəsi də bu istiqamətdə düşüncələrini və gələcək addımlarını bəyan ediblər. Buna görə də Amerika bu məsələyə qarşı çıxır. Çünki iki dövlətli həll modeli rəsmən tanınsa, İsrail bir qədər diplomatik olaraq dar bucağa sıxışdırıla bilər. ABŞ isə təbii ki, bu vəziyyəti istəmir və ona qarşı çıxmaq niyyətindədir”.

Onun fikrincə, Fransadan sonra İngiltərəyə də bu istiqamətdə basqılar artır:

“Orada da dəyişən siyasi partiyalar və ictimai rəy Fələstinin rəsmi tanınması və iki dövlətli həllin qəbul olunması mövqeyini dəstəkləyir. Fələstin məsələsi ətrafında bir neçə ssenari müzakirə olunur. Bunlardan biri iki dövlətli modeldir. Analitiklərin fikrincə, bu model müəyyən dərəcədə davamlı sülh potensialı yarada bilər. İkinci ehtimal isə İsrailin diplomatik şəkildə geriyə çəkilməsi, yəni beynəlxalq aləmdə daha çox təzyiqlərlə qarşılaşması və bunun nəticəsində legitimliyinin bir qədər zədələnməsidir. Amma ən yüksək ehtimalla danışılan ssenari isə “dondurulmuş münaqişə” modelidir. Bu barədə daha çox danışılır. Yəni vəziyyət olduğu kimi qalacaq, münaqişə açıq savaş və ya sülh olmadan, uzanan bir formatda davam edəcək”.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600