Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"BakuBus”un yarım milyonluq test xidməti: "Müvafiq qurumlar araşdırma aparmalıdır"

“Əgər tenderlərin təşkili şəffaf şəkildə həyata keçirilərsə, bu halda yarım milyonluq bir xidmətin alınması kimi neqativ hal yaşanmaz”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC “Azmedicon” MMC ilə satınalma müqaviləsi bağlayıb. Maliyyə dəyəri 400 586.4 AZN təşkil edən müqavilədə “BakuBus”un sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur. Maraqlı məqam odur ki, nizamnamə kapitalı 24 azn olan “Azmedicon” MMC 2004-cü ildə yaradılsa da, açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur.

Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, qeyd olunan rəqəmlər və hansısa qurumdan bu cür rəqəmləri özündə əks etdirən maliyyə vəsaiti sərf olunması olduqca ciddi məqamdır. Bu məsələnin araşdırılmasına ehtiyac var:

“Ölkə başçısı qeyd olunan mövcud halları aradan qaldırmaq üçün bir sıra institusional struktur dəyişikliklərini əks etdirən qərarlar qəbul edir. Son günlər bəzi dövlət qurumlarında fəaliyyətin şəffaflaşdırılması üçün birləşdirilmə prosesi həyata keçirilib və yeni qurumlar yaradılıb. Bununla yanaşı, korrupsiya hallarının qarşısının alınması üçün çox ciddi tədbirlər görülür. “BakuBus”ın test xidmətinə gəlincə, bu barədə geniş məlumatım yoxdur. Yaxşı olardı ki, dövlət və kommersiya qurumunda maliyyə resurslarının bəlli sərfiyyatı ilə bağlı qərar qəbul olunduqda, həmin fəaliyyət düzgün qiymətləndirilsin. Çünki dövlət qurumları uzun müddətdir ki, hansısa əməkdaşlıq adı altında maliyyə yeyintiləri həyata keçiriblər. Dövlət başçısı öz çıxışlarında da bildirib ki, bu cür halların qarşısı alınmalı və dövlətin büdcəsi talan edilməməlidir.

Nəzərə alaq ki, işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi üçün böyük məbləğli vəsaitə ehtiyac var. Bu fonda dövlət qurumları və təşkilatlar qənaət siyasətini tətbiq etməlidir. Ona görə də müəyyən işlər daha ucuz qiymətə görülməlidir. Əgər tenderlərin təşkili şəffaf şəkildə həyata keçirilsə, bu halda yarım milyonluq bir xidmətin alınması kimi neqativ hal yaşanmaz. “Azmedicon” MMC-nin nizamnamə kapitalı 24 AZN-dirsə və aktiv bazar iştirakçısı deyilsə, sözügedən prosesdə qeyd olunan məbləğin hansı prinsiplərə uyğun olaraq şirkətə ayrılması sual doğurur. Yəqin ki, bu işlə məşğul olunan aidiyyatı qurumlar araşdırma edəcək və müvafiq rəylərini bildirəcəklər. İlk növbədə, xidmətin real dəyəri müəyyən olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

132
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100