Baydenin reytinqi rekord dərəcədə düşdü

media-hightechnic-468x90

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb.

Yenicag.az-ın məlumatatına görə, bu barədə “NBC” telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir.

Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarının 44 faizi dəstəkləyir. Bu, C.Bayden üçün yeni minimum göstəricidir.

Qeyd edilir ki, respondentləri ən çox ABŞ administrasiyasının ölkədəki iqtisadi problemlərin öhdəsindən necə gəldiyi narahat edir. Respondentlərin 72 faizi gündəlik tələbat mallarının bahalaşmasından, 66 faizi isə maddi dəstəyin göstərilməsi üsullarından narazıdır.

Bildirilir ki, sorğuda 1 895 ABŞ sakini iştirak edib.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600