DOST mərkəzlərinin mühafizəsinə 800 min manat ayrıldı
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi mühafizə xidmətlərinin satın alınması məqsədilə açıq müsabiqə elan edib.
Yenicag.az Oxu.az-a istinadla xəbər verir ki, satınalma üzrə ehtimal olunan qiymət 818 min 412.6 manat müəyyən edilib.
Satınalma çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən beş DOST mərkəzi və Abşeron DOST Mərkəzi üzrə mühafizə xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Hər bir mərkəzdə bir post olmaqla, birnəfərlik mühafizəçi heyətinin 24 saatlıq (09:00-09:00) rejimdə fəaliyyəti planlaşdırılır. Xidmət müddəti bütün obyektlər üzrə 12 ay təşkil edir.
Tenderə yanvarın 23-də yekun vurulacaq.












