Milli Assmableyanın təcili toplantısında iştirak edən 190 deputat hərbi vəziyyətin ləğvinin lehinə səs verib.
***20:10
Cənubi Koreya Prezidentinin ölkədə hərbi vəziyyət elan etməsindən sonra qanunverici orqan – Milli Assambleya təcili toplanıb.
Yenicag.az “Yoonhap”a istinadən xəbər verir ki, Milli Assambleya üzvləri hərbi vəziyyətin ləğv edilməsi ilə bağlı təcili toplanıb.
Toplantıda hərbi vəziyyətin ləğv olunmasına dair səsvermə keçirilir.
Qeyd edək ki, qanunverici orqanda hərbi vəziyyətin ləğv edilməsi qəbul olunsa, ölkə başçısı buna əməl etmək məcburiyyətindədir
www.yenicag.az