Bu rayona 43 sm qar yağdı

media-hightechnic-468x90

Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində zəif qar yağışı müşahidə edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Report-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Bildirilib ki, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.

Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6 sm, Axura kəndində 9 sm, Şahbuz rayonunda isə 5 sm təşkil edir.

Məlumata görə, Kükü ərazisində qar örtüyünün hündürlüyü 37 sm, Biçənəkdə 43 sm, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 sm ölçülüb.

Bəzi ərazilərdə qar yağışı fasilələrlə davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa