!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada qlobal istiləşmənin TƏHLÜKƏLİ HƏDDİ: Azərbaycan hansı addımları atmalıdır?

!Reklam – Yazi

“Ozon dəliklərinin böyüməsi nəticəsində Yer kürəsinə daxil olan hava kütlələri qlobal istiləşməyə ciddi təsir göstərir”.

Bu fikirləri qlobal istiləşmənin qarşısının alınmasında Azərbaycanın fəaliyyəti haqqında danışan Qorxmaz İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, dünyada qlobal istiləşməni sürətləndirən, əsasən, ABŞ, Rusiya, Çin, Hindistan və sənayesi inkişaf etmiş başqa dövlətlərdir. Ən acınacaqlısı budur ki, həmin ölkələrin qlobal istiləşməyə qarşı mübarizə apardıqlarını söyləmək imkan xaricindədir:

“Bilirsiniz ki, ABŞ Tramp dönəmində iqlim dəyişikliyi üzrə Paris anlaşmasından çıxdı. Bu addım bütün dünyada ciddi səs-küyə səbəb oldu. Azərbaycan da qlobal istiləşmənin qarşısının alınması üçün əlindən gələni edən ölkələr sırasındadır. Bunun üçün ölkəmiz öz çalışmalarını davam etdirir. İlk növbədə, hibrid və elektriklə çalışan avtomobillərin Azərbaycana idxalı üçün gömrük rüsumu qaldırılıb.

Eyni zamanda, ekologiyanın qorunmasına yönəlik televiziyalarda təbliğat materiallarının çoxaldığını qeyd edə bilərik. İnanıram ki, biz ekoloqların da təsiri ilə bu işlər tam qaydasına düşəcək. Amma bu istiqamətdə xüsusi dövlət proqramının qəbulu çox zəruridir. Ən çox da Xəzər dənizinin qorunması, yaşıllıqların salınması və qlobal istiləşmənin qarşısını alacaq digər addımların atılması çox vacibdir.

Təbii, Azərbaycan qlobal istiləşmənin qarşısını təkbaşına ala bilməz. Lakin ən azı ölkədə müəyyən ehtiyatların qorunması və yaxud su mənbələrinin yaradılması üçün işlər görülməlidir. 1,5 dərəcəlik temperatur artımına gəldikdə isə dünyada qlobal istiləşməni önləmək üçün bu həddin yüksəlməsinin qarşısının alınmasına cəhdlər göstərilir. Əgər bu tendensiyanın qarşısı alınmazsa, o zaman qütblərdə, Qrenlandiyada buzlaqların əriməsi sürətlənəcək və ekoloji fəlakətlər yaşanacaq.

Digər tərəfdən, qlobal istiləşmə həm də insanlara psixoloji təsir edən haldır. Dünyanın hər yerində insanlar ciddi şəkildə maarifləndirilməlidirlər və təbiətin qorunmasının vacibliyi onlara izah olunmalıdır. Təbiətdə karbon dioksid nə qədər çoxalarsa, hava bir o qədər isinəcək. Amma bu da yeganə səbəb deyil.

Bilirsiniz ki, kosmosda davamlı araşdırmalar gedir. Oraya Yerdən nə qədər raketlər, süni peyklər, başqa texniki vasitələr göndərilir. Ozon dəliklərinin böyüməsi nəticəsində Yer kürəsinə, atmosferimizə daxil olan isti hava kütlələri qlobal istiləşməyə ciddi təsir göstərir.

Bunlar hələ problemin gözlə görünən tərəfləridir. Lakin insanları ekologiya ilə bağlı maarifləndirməklə yanaşı, eyni zamanda, onları psixoloji təsirdən də qurtarmaq lazımdır. Məsələn, bu gün maqnit qasırğası olacaqsa, qan təzyiqi olan şəxslərin fikri artıq oraya yönəlir və insanlar istər-istəməz özlərində o həyəcanı yaradırlar. Bunun da qarşısının alınması zəruridir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv