Mədəni irs və qayıdış hüququ: "Zorla deyil, sülh yolu ilə gedirik" - VİDEO
“Biz Qərbi Azərbaycana zorla, savaşla deyil, sülh yolu ilə getmək istəyirik”
Bunu Qərbi Azərbaycan İcmasının Türkiyə təmsilçisi Asif Qurban Yenicag.az-a açıqlamasında deyib.
“Hazırda qarşımızda duran ən böyük məsələ Qərbi Azərbaycandır. Biz bu məsələni bütün dünyaya çatdırmalıyıq. Biz ora zorla, savaşla getmək istədiyimizi demirik. Biz sadəcə ordakı haqqlarımızı tələb edirik. Hətta məlumatımız var ki, orada bizə məxsus olan evlər boşdur. Bu məlumatları bilməyən insanlar var. Bizim məqsədimiz onlara da bu bilgiləri çatdırmaqdır. Oradan zorla köç etdirilən insanlar geri dönüş haqqı tələb edərkən, dünyadakı insanlar çaşmamalıdır. Bunun üçün də onları öncədən maarifləndirmək lazımdır.”
Samir Məcidov












