Əbu-Dabidəki Əliyev-Paşinyan GÖRÜŞÜ: Sülh prosesində DÖNÜŞ NÖQTƏSİ

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutan son ikitərəfli görüş regionun gələcəyi baxımından əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir. Beş saata yaxın davam edən bu görüş təkcə tərəflərin siyasi iradəsinin ifadəsi deyil, eyni zamanda sülh prosesinin praktik mərhələyə keçdiyinin göstəricisidir.

Görüşün BƏƏ kimi neytral, regionda geosiyasi maraqları olmayan bir ölkədə baş tutması tərəflər arasında üçüncü tərəfin təsirindən uzaq, daha açıq və məhsuldar danışıqlara zəmin yaradıb. Bu seçim həmçinin tərəflərin birbaşa dialoq vasitəsilə irəliləməyə üstünlük verdiklərini nümayiş etdirir.

media-rafi1

Sülhə aparan yolun əsas konturları

Əldə edilən məlumatlara görə, görüş zamanı, əsasən, Zəngəzur dəhlizinin açılması, sərhədlərin demarkasiyası, Ermənistanın beynəlxalq öhdəliklərinin icrası və ATƏT-in Minsk qrupunun ləğvi kimi məsələlər müzakirə olunub. Siyasi proseslərin dinamikasına əsasən, Ermənistandakı parlament seçkilərindən öncə “Çərçivə Sülh Sazişi”nin imzalanması ehtimalı yüksəlib. Bu sənəd vasitəsilə Ermənistan regionda yeni geosiyasi reallığı qəbul etməyə razılaşacaq və sülh sazişinə aparan yolda konkret hüquqi çərçivə formalaşacaq.

media-644b4660-4c43-11f0-a8b1-f318fea9c646-jpg

Paşinyan daxildə möhkəmlənir

Nikol Paşinyanın daxilidəki müxalif qüvvələr – daşnaklar, revansistlər və kilsə institutlarına qarşı sərt addımları bu siyasi kursun davam etdirilməsi üçün daxili zəminin yaradılmasına xidmət edir. Əgər sülh sazişi imzalanarsa, Paşinyan bu sənədi özünün tarixi uğuru kimi təqdim edərək növbəti seçkilərdə mövqeyini daha da möhkəmləndirə bilər. Azərbaycan isə bu prosesdə qətiyyətli mövqe nümayiş etdirərək, sülhün yalnız onun irəli sürdüyü şərtlər çərçivəsində mümkün olduğunu ortaya qoyur. Bakı üçün əsas məsələ real və dayanıqlı sülhün təmin olunmasıdır – bunun üçün Ermənistanın bütün öhdəlikləri icra etməsi əsas şərt sayılır.

media-182043

Türkiyənin rolu və post-saziş mərhələsi

Proseslərdə Türkiyənin də diplomatik və siyasi təsir imkanlarından istifadə etməsi gözləniləndir. Ankara həm Ermənistanla normallaşma, həm də regionda yeni nəqliyyat-kommunikasiya xətlərinin qurulması prosesində iştirak edir. Bu isə regional sabitliyin çoxqütblü təminatına zəmin yaradır. Əgər bütün bu konturlar üzrə razılaşmalar əldə olunarsa, sülh sazişindən sonra gündəmdə olan digər əsas məsələ – Qərbi Azərbaycana qayıdış da daha intensiv və ardıcıl şəkildə müzakirə olunacaq.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600