Həkimlərlə apteklərin “işbirliyi”…

media-hightechnic-468x90

mujjyy77Musa Quliyev: “Lazımdır ki, farmokoloji şirkətlə həkimin iş birliyi vətəndaşın ziyanına olmasın”

“Dərman firmalarının həkimlərlə iş birliyinə son qoymaq mümkün deyil”.

Bunu Yenicag.az saytına açıqlamasında bu kimi firmaların həkimlərlə iş birliyindən danışarkən millət vəkili Musa Quliyev etiraf etdi: “Dünyanın hər bir yerində bu kimi praktika var, ondan yararlanırlar. Azərbaycanda da bu var və olacaq. Lazımdır ki, farmokoloji şirkətlə həkimin iş birliyi vətəndaşın ziyanına olmasın. Proses minimuma endirilməli və daima onlara nəzarət olunmalıdır.
Bunun üçün də iki istiqamətdə iş aparmaq lazımdır. Səhiyyə Nazirliyi müvafiq tədbirlər görməlidir və bu istiqamətdə müəyyən işlər də görür. Səhiyyə Nazirliyinin standart blankları olur ki, resepti də ancaq həmin blanklarda yazmaq olar. Dərmanın ticarət və kimyəvi adı var. Reseptdə dərmanın kimyəvi adı yazılır. Kimyəvi adı yazılanda aptekdə onun hansı növündən olsa verə bilər. Həm də daim inzibati yoxlama yolları var ki, Səhiyyə Nazirliyi müəyyən dövrlər ərzində reviziyalar aparsın və bu reseptlərin hansı aptekə daha çox hansı klinika tərəfindən göndərildiyi istiqamətdə monitoriq aparıb, ona uyğun da müvafiq tədbirlər görə bilər. Amma ən effektli variant vətəndaşların özlərinin maariflənməsidir. Hər bir vətəndaş bilməlidir ki, reseptli bahalı dərman deyil. Ola bilər bir dərmanın qiyməti 5 manat olsun, amma kimyəvi formulu eyni olan başqa dərmanın qiyməti 100 manat olsun. Hər ikisinin də mexanizmi tamamilə eynidir. Vətəndaş həmişə bilməlidir ki, həkim ona çox, ya da az dərman yazır. Adətən tibb praktikasında xəstəyə 5-dən artıq dərman yazmırlar. Ondan artıq dərman yazırsa, deməli burada artıq kommersiya maraqları var. Hər ailənin öz ailə həkiminin olması da yaxşı haldır. Bu dövlət tərəfindən də müəyyənləşə bilər və ya özü də seçə bilər. Belədə tanımadığı həkimin yanına deyil, yönləndirdiyi həkimin yanına gedər. Hər bir insan hazırda internetlə işləyir. Çünki, artıq kommunikasiya texnologiyaları dövründə yaşayırıq. İnsan öz xəstəliyi barədə internetdə maraqlanmaqla da məlumat toplaya bilər. Nəticədə xəstəliyi barədə bilikləri kifayət qədər olar. Yəni çıxış yolu ikidir. İnzibati yol, Səhiyyə Nazirliyinin məhdudlaşdırıcı tədbiri və vətəndaşın özünün maariflənməsi”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600