Yanğın zamanı qorunma YOLLARI: Ekspertdən həyat qurtaran TÖVSİYƏLƏR

media-hightechnic-468x90

“Yanğın zamanı qorunmaq üçün və yaxud da daha az zərərlə qurtulmaq üçün mütləq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək lazımdır”.

Bu fikirləri son həftələrdə Azərbaycanda ölümlə nəticələnən yanğın hadisələrinin baş verməsi fonunda belə hallardan qorunmağın yollarından danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Ekspert qeyd edib ki, tüstüdən zəhərlənmə halları baş verməsin deyə yaş dəsmal və yaxud digər parça vasitəsilə nəfəs yollarını tutub yer səthinə yaxın formada əyilmək, imkan varsa, vəziyyəti qiymətləndirib oranı tərk etmək lazımdır:

“Əgər yanğın zamanı çölə çıxmaq daha çox risk təhlükəsi daşıyırsa, onda pəncərəyə yaxın yerdə xilasetmə xidmətlərinə məlumat verməklə, ordan xilas olunmağı gözləmək lazımdır.

Ancaq eyvana çıxmaq, qapı-pəncərəni açıq saxlamaq, eyvandan aşağı tullanmağa cəhd göstərmək, pilləkən qəfəslərinə doğru yaxınlaşmaq, liftdən istifadə etmək – əlbəttə ki, bunlar riskli davranışlardır. Tüstü otaqlara daxil olmasın deyə qapı aralarını yaş dəsmal, parça və bu kimi vasitələrlə örtmək olar.

Yanğın zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət etmək həyati əhəmiyyət daşıyır və insanların həmin şəraitdən minimal zərərlə qurtulmasına gətirib çıxarır”.

E. Nurəliyev yanğın baş verməməsi üçün mütləq evlərdə yanğın təhlükəsizliyinə dair tələblərə ciddi riayət edilməli olduğunu vurğulayıb:

“Açıq oddan istifadə etməmək, siqaret kötüyünü yanılı vəziyyətdə tullamamaq və yaxud da evdə söndürülməsinə əmin olmadan zibil qutusuna və yaxud da digər yerə atmamaq. Nasaz vəziyyətdə olan elektrik qurğularından, cihazlarından istifadə etməmək lazımdır. Xüsusilə elektrik qurğularını, cihazları nəzarətsiz buraxmamaq, elektrik xətlərinin saz vəziyyətdə olmasını ön planda saxlamaq vacibdir.

Elektrik, qaz şəbəkəsinin istismarını və yaxud nasazlığın aradan qaldırılmasını, təmir edilməsini yalnız ixtisaslaşmış müəssisəyə həvalə etmək məqsədəuyğundur. Daha sonra yanğın riski yüksək olan materialın, maddələrin yanğın təhlükəsizliyi normativlərinə uyğun olaraq saxlanmasını həyata keçirmək lazımdır ki, yanğın hadisələri baş verməsin”.

Ekspertin sözlərinə görə, yanğın hadisəsi də baş verdikdə əvvəlcə yanğınsöndürən briqadaya xəbər vermək lazımdır:

“Əgər onun qarşısını almaq mümkündürsə, evdəki vasitələrlə buna cəhd göstərmək olar. Evdə od söndürən balon varsa, onda istifadə etmək vacibdir. Mətbəx yanğınlarında xüsusi yanğın təhlükəsizliyinə dair olan, yüksək istiliyə davamlı parçalardan – asbest, brezentdən parçalardan istifadə edərək boğma üsulu ilə yanğınları ilkin anında söndürmək olar”.

Camal Cavanşir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa