İcra başçısının məhkəməyə verdiyi jurnalistdən XƏBƏR VAR: “Bu işin arxasında duranlar..”

Bu gün Xaçmaz rayon məhkəməsində Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin məhkəməyə verdiyi jurnalist Cəmil Məmmədlinin işinə baxılıb.

Yenicag.az xəbər verir ki, bu gün baş tutan prosesdə Ziyəddin Əliyevin şikayəti üzrə böhtan və şər atma ittihamına baxılıb.

Prosesdən sonra açıqlama verən Cəmil Məmmədli prosesin sifarişlə aparıldığını deyib:

“İttiham edildiyim məsələlərə görə şahidlər gəlmişdi. Ancaq hakim onların dindirməkdən imtina etdi. Məhkəmədə təqsirsiz olduğumu sübut etməyə çalışıram. Ona belə imkan vermirlər. Əslində bu gülüncdür. Bu proses Azərbaycanın hüquq sisteminə zərbə olacaq. Artıq əminəm ki, bu işin arxasında duranlar var”.

Qeyd edək ki, proses 30 aprel 2021-ci ilə saat 15:00-də yenidən keçiriləcək.