Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat
İnstitutu yaradılıb.
Editor.az özəl mənbələrə istinadən xəbər verir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu texnika elmləri doktoru Elxan Səbziyevdir.
Editor.az xatırladır ki, bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru, tez-təz qalmaqallı açıqlamaları ilə medianın gündəminə gələn Misir Mərdanov vəzifəsini itirib.
Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb./editor/












