İranın qaçqın deportasiyası: Bölgədə yeni humanitar krizis yaranır?

media-hightechnic-468x90

İranın son dövrlərdə Əfqan qaçqınlarının deportasiyasını sürətləndirməsi, həm bölgə, həm də beynəlxalq cəmiyyət üçün ciddi narahatlıqlara yol açıb. BMT-nin məlumatına görə, deportasiya olunanlar arasında qadınlar, uşaqlar və uzun illərdir İranda yaşayan ailələr də var. Bu siyasət, yalnız İranın daxili vəziyyəti ilə bağlı deyil, həm də bölgədəki humanitar böhranın dərinləşməsinə səbəb olur. Beynəlxalq təşkilatlar və humanitar qurumlar artıq bu məsələyə ciddi reaksiya verməyə başlayıb.

İranın bu addımları, bölgə ölkələrini, xüsusilə Türkiyə və Azərbaycanı daha da çətin vəziyyətə salır. Bəzi ekspertlər bu deportasiya dalğasının humanitar böhranı daha da artıracağı və İranın sosial təzyiqlərini digər ölkələrə yönəldərək, öz daxili problemlərini həll etməyə çalışdığını bildirirlər.

Yenicag.az-a açıqlama verən politoloq Azər Qasımov, son 12 gündəki İran-İsrail müharibəsinin İranın daxilindəki vəziyyəti necə dəyişdirdiyini və bu müharibənin Azərbaycanın təhlükəsizliyinə təsirini şərh edib.

media-whatsapp-image-2025-07-03-at-14-35-40

Azər Qasımov bildirib ki, son 12 gündə İran ərazisində həyata keçirilən nüvə alimlərinin və hərbi rəhbərlərin öldürülməsi əməliyyatları, İranı görünən odur ki, tədbirlər almağa vadar edir.


“İsrail, İranın öz içindən tərəfinə çəkdiyi agentura şəbəkəsi vasitəsilə bu əməliyyatları həyata keçirə bilmişdi. Bunların da arasında əfqan mənşəli vətəndaşların olduğu da deyilirdi. İndi bu durumda qanunsuz miqrantların, xüsusilə də Əfqan qaçqınların deportasiyası zəruri və məcburi tədbir kimi dəyərləndirilə bilər.”

Azər Qasımovun sözlərinə görə, İsrail tərəfindən yeni hücumların ola biləcəyi mesajları verilir.

“Məsələ ondadır ki, İsrail tərəfindən yeni hücumların ola biləcəyi mesajları verilir. Çünki İranın nüvə proqramını davam etdirəcəyi və ABŞ və İsrail tərəfindən vurulan raket zərbələrinin ciddi ziyan vurmadığını İran özü belə bildirir. Bu durumda İsrailin yeni raket hücumu edəcəyi gözlənilir. Hətta ABŞ birbaşa müharibəyə qoşulmamaq üçün B2 xəyalət təyyarələrini ikisini və dərinlik bombası olan GBU-57 bombalarını İsrailə vermək üçün konqresdə təsdiqə çıxarıb. Göründüyü kimi, İsrail tezliklə bu silahları alan kimi yarımçıq qalan işini tamamlamağa çalışacaq”

Politoloq, Azərbaycanın bu vəziyyətdə ciddi risklərlə üzləşməyəcəyini vurğulayıb.

“Humanitar böhran yaranması ehtimalı hələlik yoxdur. Çünki müharibə olsa belə qısa müddətli olacaq. Həm də quru əməliyyatları olmadığı və bəlli obyektlər bombalandığı üçün bu, dinc əhalinin vəziyyətinə təsir etməyəcək. Təbii olaraq müəyyən qrup əhalinin ölkəni tərk etməsi mümkündür. Azərbaycan üçün də ciddi risklər yoxdur. Müharibənin dinc əhali ilə əlaqəsi az olduğu üçün qaçqın kütləsi yaranmır. Azərbaycan sadəcə keçən dəfə olduğu kimi üçüncü ölkə vətəndaşlarının İrandan təxliyyəsi üçün sərhədləri yenidən aça bilər. Bu insanlar isə Azərbaycanda qalmaq üçün yox, öz ölkələrinə qayıtmaq üçün Azərbaycandan tranzit kimi istifadə edirlər”

Azər Qasımovun sözlərinə görə, müharibənin Azərbaycanla əlaqəsi minimaldır və Azərbaycanda qaçqın problemi yaranmaz.

Məsimə Məmmədova

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600