İrəvanın bu addımı daxildə XAOS YARATDI – Türkiyə ilə bağlı MÜHÜM QƏRAR
“Türkiyə və Ermənistan arasında normallaşma addımları çərçivəsində bir neçə gün öncə iki ölkənin rəsmilərinin görüşündən sonra bunu gözləmək olardı”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi Ermənistan hökumətinin ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini noyabrın 1-dən çıxarılması məsələsinə münasibət bildirib.
Onun sözlərinə görə, Ermənistanın Türkiyəyə ərazi iddiası kimi qəbul edilən bu atributunun pasportlara vurulan viza möhürlərinin üstündən götürülməsi normallaşma istiqamətdə atılan ilk addımdır:
“Əslində, bu işarə dövlət gerbindən də götürülməlidir. Hesab edirəm ki, Ermənistanda konstitusiya dəyişikliyindən sonra bu addım da atılacaq. Azərbaycanın konstitusiya dəyişikliyi tələbi təbii olaraq Türkiyənin də maraqlarına uyğun gəlməyən bəndlərin düzəldilməsi ilə baş tutmalıdır. Ermənistan da yaxşı başa düşür ki, bunsuz heç bir normallaşmadan söz gedə bilməz. Hesab edirəm ki, qeyd edilən məsələ Türkiyə ilə normallaşma istiqamətində Ermənistanın istəkli olduğunu göstərir. Ermənistan dövlət kimi gələcəyini Türkiyə və Azərbaycan ilə əməkdaşlıqda görür”.
Rafi Müslümov