Azərbaycanda vergi orqanlarına daxil olan vətəndaş müraciətləri 34 % azalıb

media-hightechnic-468x90

Bu ilin avqust ayı ərzində ümumilikdə vergi orqanlarına 30 343 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,9 % azdır.

Yenicag.az bu barədə İqtisadiyyat Nzzirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, daxil olmuş müraciətlərdən 93 %-i ərizə, 6,9 %-i şikayət, 0,1 %-i təklif olub. Müraciətlərin 69,5 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 30,5 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 64,9 %-i həll olunub, 33,8 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll olunmuş 91 faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi borcu, vergi mükəlləfiyyətləri, sosial sığorta ödənişləri və digər məsələlərlə bağlı olub.

Avqust ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 65 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa