Millət vəkili parlament kürsüsündə mahnı oxudu – VİDEO

Türkiyə Böyük Millət Məclisində maraqlı anlar yaşanıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, musiqi sektorunun prooblemlərinə həsr olunmuş TBMM iclasında millət vəkili mahnı oxuyub.

Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Nurhəyat Altaca Qayışoğlu parlament kürsüsünə çıxaraq Dadaloğlunun “Fərman padşahın, dağlar bizimdir” mahnısını oxuyub.

Millət vəkilinin mahnı oxuması digər deputatlar tərəfindən maraqla qarşılanıb. Qayışoğlu mahnını oxuyub qurtardıqdan sonra məclisdə alqış səsləri yüksəlib.