Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi
Türkiyənin məşhur sənətçisi Ajda Pekkan Yeni il gecəsi Bakı, Kipr və Ankaradan gələn konsert təkliflərini rədd edib.
“Yenicag.az” xəbər verir ki, buna səbəb müğənninin bacısı Semiramis Pekkanın xərçənglə mübarizə aparmasıdır. Ajda Pekkan bacısını tək qoymaq istəmədiyi üçün ümumilikdə 20 milyon lirəlik (təxminən 792 min manat) təkliflərdən imtina edib.
“Puldan daha vacib dəyərlər var. Ailəm mənim üçün prioritetdir”, – deyə Ajda bildirib.












