Rusiya və Türkiyə İŞİD-in mövqelərinə zərbələr endirib

Rusiya və Türkiyə təyyarələri Suriyanın Əl-Bab yaşayış məntəqəsi ərazisində İŞİD-in obyektlərinin məhv edilməsi üzrə növbəti birgə əməliyyat həyata keçirib.

Yeniçağ.Az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Birgə fəaliyyət planlaşdırılan zaman tərəflər arasında kəşfiyyat məlumatlarının mübadiləsi olub.

“Birgə əməliyyat zamanı Rusiya qırıcıları tərəfindən terrorçuların üç idarəetmə məntəqəsi və bir rabitə qovşağı, habelə bir neçə möhkəmləndirilmiş dayaq məntəqəsi məhv edilib”, – deyə məlumatda qeyd olunur. (Report)

Yeniçağ.Az