Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.
Yenicag.az “TASS”-a istinadən xəbər verir ki, Saakaşvili bu barədə bu gün “Xalqın xidmətçisi” fraksiyasının üzvləri ilə görüş öncəsi məlumat verib.
“Mən Prezident Zelenskinin təklifini qəbul etdim”, – deyə Gürcüstanın sabiq Prezidenti bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib.