!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuranın əməkdaşı vacib məsələdən yazdı: Şuranın narkomaniyaya qarşı mübarizədə QHT-lərə dəstəyi

!Reklam – Yazi

Əhalinin sağlamlığının qorunması, o cümlədən gənclərin sosial-mənəvi və fiziki inkişafı dövlətin və cəmiyyətin qarşısında dayanan əsas vəzifələrdən hesab olunur.

İnsanların sağlamlığı, eyni zamanda gələcəyimiz olan gənclərin sosial-mənəvi və fiziki cəhətdən inkişafı və sağlam həyat tərzi keçirmələri ilə bağlı müvafiq dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları bu istiqamətdə davamlı fəaliyyət göstərir. Dövlət qurumlarının bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına müxtəlif formalarda dəstək verməsi onların imkanlarını daha da artırır. Belə dövlət qurumlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır .

Şura cəmiyyət üçün, xüsusən də gənclər üçün təhlükə törədən narkomaniyaya meyllik, həmçinin insan həyatı üçün təhlükə törədən digər zərərli vərdişlərlə mübarizədə fəal rol oynayır. Belə ki, Şura hər il bu istiqamət üzrə QHT-lərin aktiv fəaliyyətini dəstəkləyərək onların layihə təkliflərinin maliyyələşməsi ilə bağlı qrant vəsaitləri ayırır. Qeyd etmək yerinə düşər ki, 2007-ci ildə cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən müddət üzrə fəaliyyəti dövründə həyata keçirdiyi müsabiqələrdə mütəmadi olaraq “Narkomaniyaya qarşı mübarizə” mövzusuna geniş yer vermişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Şuranın dəstəyi ilə bir çox QHT layihələri həyata keçirilib. Bu istiqamətdə QHT-lərin aktiv ictimai proseslərə, müxtəlif layihə və proqramların həyata keçirilməsinə cəlb olunması Şuranın qarşısında dayanan əsas vəzifələrdən hesab olunur.

Şura 2015-ci ildə yuxarıda adıçəkilən mövzuda QHT-lərin 11 layihəsinə ümumilikdə 105.000 manat vəsait ayırıb. İcra olunan layihələr çərçivəsində görüləcək işlərə 31 nəfər işçi cəlb edilib. Bu layihələr çərçivəsində faydalanan benefisiarların 1845-i uşaq, 2971-i gənc, 1146 nəfər isə digər yaş qruplarına aid olub. Onların 3659-u kişi, 2303-ü isə qadındır. Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında icra edilmiş layihələr zamanı 61 təlim, 12 seminar, 3 digər formalı tədbirlər təşkil edilmiş, 1 kitab, 5 buklet və 6 adda digər çap məhsulu hazırlanaraq çap olunmuşdur.

Şura 2016-ci ildə bu istiqamətdə 11 layihəyə 103.000 manat qrant ayırıb. QHT-lərin narkomaniya və digər zərərli vərdişlər əleyhinə təşkil etdiyi tədbirlərin əsas hədəf kütləsi gənclər olub. Bu mövzuda olan layihə təşəbbüsləri ilə çıxış edən QHT-lərin içrəsində gənclər təşkilatları fəallığı ilə seçilir.

2016-cı ildə Şuranın maliyyə yardımı ilə QHT-lərin narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə istiqaməti üzrə həyata keçirilən layihələr aşağıdakılardır:

– “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyinin “Narkomaniya bəlasından qorunmada QHT-lərin rolunun artırılması” layihəsi;

– “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq!” şüarı altında birləşməsi” layihəsi;

– “Mərkəzi Aranda Regional İnkişaf” İctimai Birliyinin “Region gənclərinin narkomaniyaya qarşı mübarizədə ictimai fəallığının artırılması” layihəsi;

– “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin “Narkomaniyanın insanlığa vurduğu bəlalardan xilas yollarının axtarılması ilə bağlı tədbirlərin təşkili və video-çarxların hazırlanması” layihəsi;

– “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin “Sağlam ol, gələcəyini düşün!” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi;

– “Narkotizmlə Mübarizə” İctimai Birliyinin “Narkomaniyaya qarşı mübarizə mədəni tədbirlər kontekstində” layihəsi;

– “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin “Mənim uğurum – yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və idman yarışının təşkili” layihəsi;

– “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin “Region gənclərinin narkomaniya ilə mübarizədə rolunun artırılması” layihəsi;

– “Feniks” Sağlam Həyat Təbliği” İctimai Birliyinin “Gələcək vətənpərvər və sağlam gənclərindir!” yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbirlərin təşkili” layihəsi;

– “Antinarkotizm “ Beynəlxalq Elmi-Analitik Mərkəz” İctimai Birliyinin “Müasir gəncliyimiz narkomaniya və QİÇS (AİDS) yox deyir” gənclər arasında maarifləndirmə və təbliğat aksiyalarının təşkili” layihəsi;

– “Gənc Vətənpərvərlər” İctimai Birliyinin “Gənclər narkomaniyaya qarşı
-“Sağlam həyat tərzi, gənclik və idman” devizi ilə tədbirlərin təşkili” layihəsi.

Qeyd olunan layihələrin icrası dövlətin bu sahədə həyata keçirdiyi siyasətə dəstək olmaqla yanaşı, həm də narkomaniyaya qarşı mübarizə sahəsində ictimai müqaviməti gücləndirməklə cəmiyyət həyatında yüksək maarifləndirici əhəmiyyət daşıyır.

Regionlarda gənclərin iştirakı ilə təşkil olunmuş tədbirlərdə asudə vaxtın səmərəli təşkili mövzusunda xüsusi ilə geniş müzakirələr aparılmışdır. Həyata keçirilmiş layihələr çərçivəsində paytaxtda və regionlarda narkomaniya və digər zərərli vərdişlərin fəsadları mövzusunda gənclər arasında maarifləndirmə işləri aparılmış, tədbirlər təşkil olunmuşdur. Ötən il Şuranın dəstəyi ilə icra edilmiş layihələr çərçivəsində görülən işlərə ümumilikdə 45 nəfər işçi cəlb olunmuş, 5679 nəfər isə layihələrdə iştirak edərək ondan bəhrələnmişdir. Bunlardan 2195 nəfəri uşaq və yeniyetmə, 1886 nəfəri gənc, 1598 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Bu layihələr çərçivəsində 6 təlim, 37 seminar və 11 müxtəlif tipli tədbir təşkil olunmuş, 7 buklet və 5 sosial çarx hazırlanmışdır. Misal üçün qeyd edək ki, Sabirabad rayonunda gənclərin bədən tərbiyəsinin və fiziki durumlarının inkişafı məqsədi ilə futbol yarışı təşkil edilmiş və narkomaniya və zərərli vərdişlər əleyhinə 100 nəfər gəncin iştirakı ilə aksiya baş tutmuşdur.

2017-ci ildə də narkomaniyaya və digər zərərli vərdişlərə qarşı həyata keçiriləcək mübarizə tədbirləri çərçivəsində Şuranın qarşısında mühüm vəzifələr dayanır. Qeyd edim ki, Şuranın 2017-ci il birinci qrant müsabiqəsi mövzularından biri (Narkomaniya, insan alveri və digər zərərli vərdişlərlə mübarizəyə dair təşəbbüslər) haqqında danışdığımız mövzuya həsr olunub. Şura bu istiqamət üzrə 16 layihəyə 100 min manat qrant ayırıb.

Dövlət qurumlarının QHT-lərlə birgə və səmərəli əməkdaşlığı nəticəsində həyata keçirilən tədbirlər, aparılan maarifləndirmə işləri və monitorinqlər bu sahədə gələcəyə nikbin baxmağa əsas verir. Əminik ki, dövlətin iradəsi, vətəndaş cəmiyyəti institutlarının səyləri nəticəsində bütün cəmiyyəti narahat edən, müasir dövrün əsas bəlalarından olan narkomaniya və digər zərərli vərdişlərə meyillilik və ona tutulma halları getdikcə əhəmiyyətli dərəcədə azalacaq.

Yarandığı gündən ictimai həyatın bütün sahələri üzrə QHT-lərə davamlı olaraq metodik, məlumat, təşkilati-texniki, konsultativ və maliyyə dəstəyi verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası növbəti illərdə də “narkomaniyaya qarşı mübarizə” mövzusunda QHT-lərdən innovativ layihə təşəbbüsləri, bu ictimai-sosial təhlükə ilə mübarizədə daha effektiv yanaşma üsulları ilə bağlı təkliflər gözləyəcək.

Qalib Yaqubov
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Katibliyinin məsləhətçisi

Yeniçağ.az

COP29

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv