!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cərrah masasında baş verən ÖLÜM HALLARI: “Xəstə klinikaya çox ağır vəziyyətdə gətirilirsə və...”

!Reklam – Yazi

“Doğrudur, bir sıra hallarda ölüm səbəbləri obyektiv araşdırılmır və həkim səhvlərinin gizlədilməsinə, bu faktların ictimailəşməməsinə cəhd göstərilir”.

Bu fikirləri cərrahi əməliyyatlar zamanı ölüm hallarının baş vermə səbəbləri haqda danışan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, cərrahi əməliyyatlar zamanı qeydə alınan hər bir ölüm faktının müəyyən səbəbləri olur və onlar mütləq araşdırılmalıdır:

“Səbəblər araşdırılmadan kimin günahkar olduğunu söyləmək çətindir. Xəstə klinikaya çox ağır vəziyyətdə gətirilirsə və onun həyatını xilas etmək obyektiv səbəbdən mümkün olmursa, bu halda həkimi günahlandırmaq mümkün deyil.

Doğrudur, bir sıra hallarda ölüm səbəbləri obyektiv araşdırılmır və həkim səhvlərinin gizlədilməsinə, bu faktların ictimailəşməməsinə cəhd göstərilir. Belə hallarla əlaqədar araşdırma aparılarkən məhkəmə-tibbi ekspertizanın rəyi olmalıdır. İstənilən halda, bu faktlar araşdırılmalı və xəstənin real ölüm səbəbi üzə çıxarılmalıdır”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv