Ana bətnində məhv edilən GƏLƏCƏK: Abortla bağlı SƏRT CƏZA – VİDEO

media-hightechnic-468x90

Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək. Bu, Milli Məclisin mayın 16-da keçirilən iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abortetmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abortetmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni zamanda, layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, ÜST-ün hesabatlarına görə, hər il dünyada 50 milyondan çox qadın abort olunur. Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Azərbaycanda 2022-ci ildə ölkədə 58 min abort qeydə alınıb.

“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərini səsləndirib.

“Yalnız bir halda aborta icazə verilir ki, əgər ananın həyatı təhlükədədirsə… Əks halda, 13-cü həftədən sonra edilən abort selektiv abort sayılır… Bu kimi vəziyyətlərdə qanun müdaxilə etməlidir” deyən sosioloq təkliflə çıxış edib:

“Çox istəyərdim ki, qadınların 6 ayda, yaxud da ildə bir dəfə kontraseptivlə təmin edilməsi sığorta daxilində həyata keçirilsin. Yaxud da qadın məsləhətxanalarında bununla bağlı xüsusi layihə işlənsin ki, arzuolunmayan hamiləlikdən qorunmaq istəyən xanımlar ora müraciət etsin, ödənişsiz kontraseptiv əldə edə bilsin”.

Ətraflı videonu təqdim edirik:

Cəvahir

Samir Məcidov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600