Rusiyanın post-sovet müstəmləkə siyasəti və Mehdiyevlər - Telman Nüsrətoğlu yazır

media-hightechnic-468x90

 

 

Təvazökarlıqdan uzaq olsa da Rusiyanın Azərbaycan və Qafqaza yönəlmiş müstəmləkə siyasəti, tarixiylə bağlı Türkiyədə çap olunmuş bir neçə kitabın müəllifi kimi , həm də Mehdiyevin obrazında Rus imperyal şəbəkəsinin Türk dünyasında həmişə əngəl yaratmağa, önünü kəsməyə çalışdığı təbəqələrdən olan Türkiyə məzunlarının nümayəndələrindən biri kimi məhz bu günlərdə mövzuyla bağlı analitik bir yanaşma sərgiləmə ehtiyacı hiss etdim.

media-img_1484
Screenshot

Heç şübhəsiz Mehdiyev və Sadıqovların regional və qlobal sistem içindəki dəyişimlərin də diqqətlə hesablanaraq siyasi ustalıqla bərtaraf edilməsindən sonra, şanlı Azərbaycan ordusunun Türk ordusuyla dərinləşən əməkdaşlığının da nəticəsi olaraq Azərbaycanın milli yüksəliş dövrünə daxil olması, zəfərlə birlikdə dövlət başçısının ifadəsiylə nəhəng geosiyasi həmlə olaraq böyük daşları yerindən oynatmamız təsadüfi deyildi. Hətda bu prosesi Cənubi Qafqaz çərçivəsində gedən proseslər, Rus kəşfiyyatının Ermənistandakı aparıcı fiqurlarından Köçəryan, Sarkisyanların mövqelərinin zəyifləməsiylə də birlikdə daha geniş çərçivədə oxumaq mümkündür. Əslində keçmiş Sovet İttifaqının dağılması respublikaları siyasi müstəqilliyə çıxarsa da, Moskvanın bölgə üzərində təsiri heç vaxt tam itmədi. Xüsusilə siyasi rəhbərlik, təhlükəsizlik strukturları və iqtisadi elitalar içində formalaşmış sovet dövrü şəbəkələri uzun illər ərzində Rusiyanın bölgəyə yönəlik strategiyasının aparıcı alətlərindən biri olaraq qaldı. Bu təsir yalnız şəxslər üzərində qurulmuş bir agentura sistemi deyildi, struktur asılılığı, kadr nəzarətini, iqtisadi bağlantıları və təhlükəsizlik aparatında qalıq loyallıqları özündə birləşdirən kompleks mexanizm idi.
Azərbaycan da daxil olmaqla bütün post Sovet regionunda həm iqtidar, həm müxalifət, həm də bürokratiya daxilində bu təsirin müxtəlif formaları mövcud olub. Keçmiş Sovet arealında Rusiya ilə antoqanizmə yuvarlanmadan , ağıllı hesablamalar apararaq, müttəfiqliklər quraraq Bakı- Ceyhan, Bakı- Tiflis- Qars, TANAP, TAP kimi stratejik layihələr həyata keçirə bilən və daha sonra da ərazi bütövlüyünü bərqərar edən Azərbaycanın uğurlu nümunəsi isə göstərdi ki, bu şəbəkələrin zəiflədilməsi, milli müstəqilliyin gücləndirilməsi tədricilik metodologiyasıyla, həm də yeni təhlükəsizlik və hərbi modelə keçidlə mümkündür.

Sovet ideoloji idarəçilik modeli elitaları Moskvada yetişdirirdi. Həm siyasi kadrlar, həm də təhlükəsizlik orqanlarında yüksələn zabitlər Moskvaya bağlı fəaliyyət standartını qəbul etmiş olurdular. Müstəqillikdən sonra bu insanlar birdən-birə mövqelərini itirmədilər; əksinə, bir çox ölkədə dövlət idarəçiliyinin əsas dayağı kimi mövqelərini qorudular.
Məncə Post-sovet ölkələrində Rusiyanın ən güclü təsir dayağı da məhz elə təhlükəsizlik strukturları idi. Çünkü Putin Rusiyasının özü məhz bu əsas şəbəkə və paradiqma üzərində inkişaf edirdi. Azərbaycan burda da məsələni zamana yayaraq milliləşmə ,qardaş Türkiyə və diyər ölkələrlə əməkdaşlığı dərinləşdirmə siyasəti izlədi.

2016-cı ildən sonra Azərbaycan təhlükəsizlik və hərbi sahədə bu mənada daha da intensiv bir istiqamət götürdü:
Türkiyə ilə müdafiə və kəşfiyyat əməkdaşlığı dərinləşdi. Türk Silahlı Qüvvələrinin modern komanda, kəşfiyyat və koordinasiya modeli tətbiq edildi. Müdafiə sənayesi və pilotsuz uçuş aparatları sahəsində yeni texnoloji baza quruldu.
Bu islahatlar fonunda köhnə sovet şəbəkəsinə bağlı fiqurların – o cümlədən Mahmudov, Mehdiyev və Sadıqovun–sistemdən uzaqlaşdırılması Azərbaycanın təhlükəsizlik arxitekturasında dönüş nöqtəsi oldu.

Nəticə çox qısa zaman içində özünü göstərdi:

2020-ci il Vətən Müharibəsi Azərbaycana ilk dəfə real olaraq sovet zamanından qalma struktur inertliyindən çıxıb, tam yeni hərbi konsepsiya ilə əməliyyat aparmaq imkanı verdi. Əlaqələndirilmiş Türkiyə-Azərbaycan hərbi doktrinası, koordinasiya, kəşfiyyat, PUA sistemlərinin inteqrasiyası və çevik komanda strukturlarının tətbiqi qlobal və regional nizamın gələcəyinə də təsir edən böyük bir prosesin təməllərini formalaşdırdı.

Zəfərimiz bir daha sübut etdi ki, sovet modelinin və şəbəkəsinin aradan qaldırılması yalnız siyasi müstəqillik deyil, real strateji müstəqillik formalaşdırır. Əlbəttə, bu bir prosesdir. İqtidardan müxalifətə uzun işğal və müstəmləkə keçmişimiz boyunca assimliyasiya edilmiş, yer yer qapağı nə zamansa açılmaq üçün konservələşdirilən kripto şəbəkələri qısa bir müddətdə tamamən bitirmək mümkün deyil. Önəmli olan odur ki, təmizlənmə gedir və Azərbaycan milli təhlükəsizlik , müdafiə bürokratiyası da güclənməyə, daha da milliləşməyə , dövlətimizi möhtəməl xarici təhlükədən qorumaq istiqamətində çalışmağa, davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa