!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 il sonra yuxudan OYANDI

!Reklam – Yazi

Türkiyə vətəndaşı Zilhə Qazi uzun müddətdən sonra yenidən həyata qayıdıb.

Yenicag.az “Habertürk”ə istinadən xəbər verir ki, Qazi 61 yaşında başlayan naməlum xəstəlik səbəbindən nə az, nə də çox düz 11 il yatıb. Belə ki, kişi 11 il əvvəl başlayan xəstəlik səbəbindən hər gün daha çox yorğunluq hiss edir və hər an yatmaq istəyirdi. Bir müddət sonra daimi yorğunluq və yuxululuq səbəbindən gözlərini açıq saxlamaqda çətinlik çəkməyə başlayan Qazi gündəlik ev işlərini görməkdə çətinlik çəkib.

Qazinin nitqi o qədər təhrif olunub ki, onun nə dediyini ailəsi çətinliklə başa düşmüşürmüş. Ümumi vəziyyəti günü-gündən pisləşən Qazi günün çox hissəsini yatmaqla keçirib. İllər ərzində bir çox müxtəlif həkim və xəstəxanalara müraciət edən qohumları başda yuxu xəstəliyi, Alzheimer, Parkinson və depressiya olmaqla çoxsaylı fərqli diaqnozlara və fərqli dərman müalicələrinə baxmayaraq heç bir nəticə ala bilməyib.

61 yaşında başlayan və 11 ildir davam edən yuxululuğu Zilhə Qazi xəstəxanada Parkinson Plus Sindromu diaqnozu qoyulduqdan sonra tətbiq edilən müalicə ilə iki həftə ərzində yuxululuğundan xilas olub.

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv