“Bakı-Tbilisi qatar xəttinin açılması iqtisadi, turizm və humanitar əlaqələrin genişlənməsinə xidmət edir” - Deputat

media-hightechnic-468x90

“Bakı-Tbilisi qatar xəttinin açılması iqtisadi, turizm və humanitar əlaqələrin genişlənməsinə xidmət edir”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bildirib.

media-01krbqmny0q6sb854jsqc9z2fe-medium

Deputat Bakı-Tbilisi sürət qatarı xəttinin fəaliyyətinin bərpasını yüksək qiymətləndirərək, özünün də bu reysdən istifadə etmək niyyətində olduğunu vurğulayıb:

“Bakı–Tbilisi qatar xəttinin yenidən istifadəyə verilməsi həm vətəndaşlar, həm də region üçün çoxdan gözlənilən bir addımdır. Bu marşrut insanların daha rahat və əlçatan şəkildə səyahət etməsinə imkan yaratmaqla yanaşı, ölkələrimiz arasında iqtisadi, turizm və humanitar əlaqələrin genişlənməsinə xidmət edir. Şəxsən mən də bu xəttin bərpasını müsbət qarşılayır və bunu strateji addım hesab edirəm. Bilet satışları başladıqdan sonra, ilk imkan daxilində Tbilisiyə məhz qatarla səfər etməyi planlaşdırıram. Bu, həm komfort, həm də qiymət baxımından olduqca cəlbedici seçimdir”.

Millət vəkili qeyd edib ki, bu qərar Azərbaycanın digər ölkələrlə quru sərhədlərinin açılması prosesinin ilkin mərhələsi kimi dəyərləndirilə bilər:

“Düşünürəm ki, bu cür təşəbbüslər quru sərhədlərinin açılması istiqamətində real zəmin yaradır. Qatar xəttinin fəaliyyətə başlaması artıq müəyyən yumşalmaların olduğunu və bu prosesin mərhələli şəkildə davam edəcəyini göstərir. Ən əsası, insanların sərbəst hərəkət imkanlarının genişlənməsi və regionda qarşılıqlı əlaqələrin güclənməsidir. Ümid edirəm ki, yaxın dövrdə quru sərhədlərinin tam açılması ilə bağlı daha konkret qərarların şahidi olacağıq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05