14 yaşlı yeniyetməni həmkəndlisi döyüb öldürdü
Yenicag.az Report-a istinadən xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu bu gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, o, aralarında yaranan mübahisə zəminində həmkəndlisi tərəfindən döyülərək ağır xəsarətlər almışdı.
N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.
Yeniyetməyə xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.