!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

161 nömrəli məktəbin şagirdləri M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunu ZİYARƏT ETDİLƏR – FOTO/VİDEO

!Reklam – Yazi

 

Fevralın 18-də AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbin 7A, 7B və 7C sinif şagirdləri üçün “Açıq Qapı” günü keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə məktəbin kimya müəllimləri Təranə Əmiraslanlı Kamala Zeynalova ilə birlikdə, 161 nömrəli məktəbin Kimya laboratoriya kafedrasının laborantı Xuraman Qənbərova da iştirak edib.

Tədbirin ilk hissəsində şagirdlərə institutun yaranma tarixi və burada fəaliyyət göstərmiş görkəmli Azərbaycan kimyaçılarının həyat və elmi fəaliyyətləri barədə ətraflı məlumat verilib. Kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova şagirdlərlə görüşərək, onların elmə olan maraqlarını artırmağa çalışıb.

 

Sonra şagirdlər institutun müxtəlif laboratoriyalarına ekskursiya edib burada quraşdırılmış müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar. Kimya üzrə fəlsəfə doktoru Lətifə Həsənova Xromatoqrafiya üsulunun tətbiqi, bidistillə suyun alınması qurğusu və axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının keçirildiyi qurğularla şagirdləri tanış edib.

 

Tədbirin ən maraqlı anlarından biri “Analitik Kimya” laboratoriyasında yaşanıb. Kimya üzrə fəlsəfə doktoru Gülü Abbasova şagirdlərə əyləncəli və tədrisə uyğun təcrübələr nümayiş etdirib. Vulkan reaksiyası və fenolfalein ilə qələvi analizləri şagirdlərə praktiki olaraq göstərilib. Təcrübələr şagirdlərin kimya elminə olan marağını artırıb və onlara elmin müxtəlif tətbiq sahələrini göstərib.

Həmçinin, şagirdlərə laboratoriya şəraitində qarşılaşılan bəzi çətinliklər barədə məlumat verilib. Məsələn, sınan kolba və ya digər laboratoriya avadanlıqlarının qırılması və bunların təhlükəsiz şəkildə bərpası barədə praktiki izahlar verilib.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirərək, bu xüsusi günü unudulmaz anlarla başa vurublar. Tədbir şagirdlərin kimya sahəsində daha dərin biliklərə yiyələnmələri və elmi kəşflərə olan maraqlarının artması baxımından böyük əhəmiyyət kəsb edib. Bu cür tədbirlər gənc nəsil arasında elmə olan marağın artırılmasında mühüm rol oynayır.

 

Məsimə Məmmədova

www.yenicag.az

136
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv