Dünya liderlərinin İlham Əliyevlə GÖRÜŞ İSTƏYİ: Səbəb Azərbaycanın yeni REALLIQLARIDIR

media-hightechnic-468x90

“Bir çox Qərb liderlərinin ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə cəhd etməsi ölkə başçısının beynəlxalq münasibətlər sistemindəki yeri və nüfuzu ilə bağlıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

media-hikmetbabaoglu1

O bildirib ki, Azərbaycan yeni reallıqlar yaratmaqla güclü dövlətə çevrilib və beynəlxalq hüquq normalarına riayət edən bir ölkə kimi özünü təqdim etməyi bacarıb:

“Ölkəmiz qəbul edilmiş universal oyun qaydaları ilə hesablaşan və onları pozmayan dövlətdir. Bundan başqa, rəsmi Bakının mövcud coğrafiyada həyata keçirdiyi qlobal layihələr nəticəsində ölkəmiz yeni logistika və kommunikasiya mərkəzinə çevrilib ki, bu da Qərbin diqqətini çəkir. Bu gün dünyanın iqtisadi mərkəzi qlobal cənuba transfer olunduğu bir vaxtda, Qərb istehlakçıya çevrilir və eyni zamanda həm də istehsalçı kimi əlaqə qurmağa çalışır. Ölkəmiz bu baxımdan mühüm tranzit və körpü rolunu oynayır. Bütün bunlarla yanaşı, Azərbaycanın iqtisadi inkişafı və perspektiv imkanları bir çox ölkələrin diqqətini çəkir”.

Deputat vurğulayıb ki, Azərbaycan həm də “yaşıl enerji” ölkəsinə çevrilir:

“Rəsmi Bakı “yaşıl enerji” layihələri həyata keçirir, hətta bu azmış kimi, ehtiyatlar yaradaraq onu ixrac edir. Bu da ayrıca maraq doğuran hadisədir. Nəhayət, Azərbaycanda təhlükəsiz investisiya mühiti mövcuddur. Bizimlə əməkdaşlıq edən ölkələr, yeni açılacaq dəhlizlə (Zəngəzur dəhlizi – red.) birlikdə Türküstan coğrafiyası ilə etibarlı tərəfdaşlıq perspektivləri qazanacaqlar. Təbii ki, bütün bu proseslərin mərkəzində Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dayanır. Bu da Qərb liderlərinin diqqətini çəkir və İlham Əliyevlə əlaqələri dərinləşdirmək cəhdləri göstərirlər”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa