Deputatlar işğaldan azad edilmiş ərazilərə yürüş etdilər

media-hightechnic-468x90

Milli Məclisin bir qrup deputatı və Parlament Aparatının əməkdaşları “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yürüş ediblər.

Bu barədə Yenicag.az-a Milli Məclisin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bu ərazilərə ilk dəfə təşkil olunan bu yürüşdə Milli Məclisin komitə sədri Şahin İsmayılov, deputatlardan Şahin Seyidzadə, Sabir Hacıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və Aparatın bir qrup əməkdaşı iştirak ediblər. Yürüş Daşaltı dərəsindən keçən eyniadlı çay boyunca həyata keçirilib.

Hazırda bu marşrutun keçdiyi ərazilərdə geniş abadlıq işləri aparılır. Şübhəsiz ki, yaxın gələcəkdə azad Qarabağın bu ərazisi də təbiətsevərlərin sevimli məkanlarından biri olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa