Ceyhun Bayramov bəhreynli həmkarı ilə görüşdü

media-hightechnic-468x90

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyətini və gələcək perspektivlərini, regional və beynəlxalq prosesləri müzakirə ediblər.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Bəhreyn Krallığı Hökuməti arasında Diplomatik pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa