36 dərəcə isti olacaq

media-hightechnic-468x90

793723dfb262c9664e7ad4e3de81ab8eAvqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Şimal küləyi əsəcək . Havanın temperaturunun gecə 22-24 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 22-24 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.

media-ziraat-728x90

36 dərəcə isti olacaq

media-hightechnic-468x90

lklioilkkljYaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 36 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib ki, yaxın iki gün ərzində Bakıda havanın temperaturu 33-34 dərəcəyə kimi yüksələcək və iqlim normasından yüksək olacaq. Mülayim külək əsəcək. Hava şəraiti nisbətən sabit, dəyişkən buludlu, yağmursuz olacaq. Yaxın iki gün ərzində Aran rayonlarında havanın temperaturu 35, bəzi yerlərdə 36 dərəcəyə yüksələcək.

U.Tağıyeva bildirib ki, hazırda Bakıda havanın tempeturu iqlim normasından 3 dərəcə yüksəkdir. Ötən günlərdə isə temperatur iqlim normasından 5-7 dərəcə yüksək olub. Amma ötən günlərdə də rekord temperatur göstəricisi qeydə alınmayıb. Yüzillik meteoroloji müşahidələrə görə, Bakıda mayda rekord göstərici, yəni ən yüksək tempertur 35 dərəcə olub.

U.Tağıyeva bildirib ki, son günlərdə Bakı və Abşeron yarımadasında gündüz saatlarında 31-32 dərəcə isti qeydə alınıb. Bu da bu il Bakı və Abşeronda may ayında qeydə alınan ən yüksək temperatur hesab edilir: “Bu temperatur normadan yüksək olsa da, rekord göstərici deyil”(aznews.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600