!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

59 müəssisədə nöqsan aşkarlandı

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, iyunun 4-də aparılan monitorinqlər zamanı 21 ticarət və 38 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Aşkarlanmış nöqsanlar qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın yoxluğu, məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiqləyən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq edilməməsi, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminin gözlənilməməsi, süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin qoyulmaması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcudluğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş vəziyyəti, mütəmadi şəkildə təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin edilməməsi və sair səbəblərlə əlaqədardır.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

“Nəzarət tədbirləri COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir”, – deyə AQTA-dan bildirilib.

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv