7 ayda qatarlar təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub

media-hightechnic-468x90

Bu ilin 7 ayı ərzində ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 27 dəfə toqquşub.

media-banner_tkm

ADY-dən Yenicag.az-a verilən məlumata görə, nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da sərnişinlərin həyatına risk yaradır. Həmin heyvanların sahibləri qanunvericiliyə uyğun olaraq cərimələnir.

ADY-nin sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafına çəkdiyi hasarlar bəzən bu cür məsuliyyətsiz davranışları “hasarlaya” bilmir.

“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən

– mal-qaranı dəmiryol xətlərindən xüsusi ayrılmış yerlərdən kənarda, günün qaranlıq vaxtında, məhdud görünmə şəraitində keçirmək qadağandır,

– sürü mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçün dəstələrə bölünməlidir.

Gəlin hamımızın sərvəti olan dəmir yollarını və qatarları qorumaq üçün məsuliyyətli və həmrəy olaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05