“ABŞ Ukraynaya silah verməyib”

media-hightechnic-468x90

9955cef22e4894bfdad9d726becd71a3ABŞ hələ ki Ukraynaya silah verilməsinə dair qərar qəbul etməyib və Donbasdakı münaqişənin diplomatik yolla nizamlanmasına üstünlük verir.

media-banner_tkm

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.

“Biz Ukraynada gərginliyin səngiməsi istiqamətində Avropadakı müttəfiqlərimiz ilə sıx əməkdaşlıq edir. Biz münaqişənin diplomatik yolla nizamlanmasına üstünlük veririk. Münaqişə döyüş meydanlarında deyil, danışıqlar masasında həllini tapmalıdır”, deyə C.Ernest bildirib.

Xatırladaq ki, martın 23-də ABŞ Konqresinin Nümayəndələr Palatası qətnamə qəbul edərək prezident Barak Obamanı Ukraynaya hərbi yardım göndərməyə çağırmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05