“Aİİ-də Ermənistana ciddi tərəf kimi baxılmır”

media-hightechnic-468x90

83043“Serj Sarkisyan Rusiya, Belarus və Qazaxıstan liderləri üçün mövcud deyil”.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin həftəlik brifinqində Erməni Milli Konqresinin fraksiya katibi Aram Manukyan bildirib.

O, bu il martın 20-də Astanada Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev arasında keçirilən görüşü şərh edərək deyib: “Bizim ölkə rəhbərliyi danışır ki, üç lider daxili problemləri müzakirə etdi, amma Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə heç bir problemi yoxdur. Ola bilməz ki, hətta Rusiya və Belarus arasında problemlər olmasın, hansıki bizə aidiyyəti yoxdur. Lakin bizim “müdrik” Xarici İşlər Nazirliyimiz və nazirimiz bunu hələ də anlamır. Anlamır ki, Ermənistana ciddi tərəf kimi baxılmır.”

Müxalifətçi deputat söyləyib ki, bundan sonra nə olacağını qabaqcadan görmək o qədər də çətin deyil, əksinə, asandır: “Liderlərin növbəti görüşü Qələbə günü ərəfəsində, mayın 8-də Moskvada olacaq. Ermənistanı parada və təntənəli mərasimə dəvət edəcəklər, amma nə vaxt ki, əsas iş üzrə müzakirələr başlayacaq, onda Ermənistanı yenidən qapının arxasında və kölgədə qoyacaqlar.”

A.Manukyan vurğulayıb ki, bizi Furşet masasına dəvət edə bilərlər, lakin danışıqlara yox. İki blokun heç kimlə müzakirə edilməmiş avantürist siyasət münasibətləri Ermənistanı Avropa ilə Rusiyanın toqquşma oxuna çevirə bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600