Amerika Ukraynaya hərbi maşınlar göndərir
Poroşenko Amerikanın hərbi maşınları ilə yüklənmiş ilk təyyarəni qəbul edəcək.
Yenicag.az musavat-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Poroşenkonun da iştirak edəcəyi qarşılanma mərasimində göndərilən ilk təyyarədə amerika hərbi maşın (HMMWV) vasitələri olacaq. Tədbir bu gün saat 13:40 radələrində “Borispol” hava limanında keçiriləcək.
Qeyd edək ki, daha öncə Poroşenko Kiyevə silahların çatdırılıması üçün 11 Avropa Birliyi ölkəsi ilə razılaşma əldə edildiyini bildirirdi.