AQTİ-nin əməkdaşı 28 yaşında vəfat etdi

media-hightechnic-468x90

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının əməkdaşı Nuranə Hamlet qızı Mollayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, N.Mollayeva 1995-ci il martın 3-də anadan olub. O, Bakı Dövlət Universitetini bitirərək bioloq ixtisasına yiyələnib. Türkiyə Respublikasının Anadolu Universitetində biotexnologiya ixtisası üzrə magistr təhsili alıb. 2019-cu ildən AQTİ-də “Analitik Ekspertiza Mərkəzi” departamentinin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində böyük mikrobioloq vəzifəsində çalışmağa başlayıb.

AQTİ-dən bildirilib ki, N.Mollayeva vəzifə təlimatlarında nəzərdə tutulan tapşırıqları vaxtında və peşəkarlıqla yerinə yetirib, nümunəvi davranışları ilə seçilib, kollektivin rəğbətini qazanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05