Avropanın diplomatik nüfuzu SINAQ QARŞISINDA: Merts liderlik edə biləcək?

media-hightechnic-468x90

Almaniya Kansleri Fridrix Merts Ukraynanın müdafiəsi və Avropa İttifaqında liderlik mövqeyi ilə bağlı qeyri-adi dərəcədə fəal siyasət yürüdür.

Yenicag.az xəbər verir ki, bu barədə “Politico”nun təhlil məqaləsində qeyd olunub.

Bildirilib ki, bu, sələfləri Olaf Şolts və Angela Merkelin ehtiyatlı və riskdən yayınan xəttindən kəskin fərqlənir.

Merts Aİ daxilində Fransanın zəifləmiş prezidenti Emmanuel Makronun ənənəvi rolunu öz üzərinə götürərək Rusiyanın dondurulmuş aktivləri hesabına 210 milyard avroluq kredit planının ən açıq tərəfdarı kimi çıxış edir. O, Belçika baş naziri Bart De Vever və Avropa Komissiyası rəhbəri Ursula von der Lyayenlə görüşərək müqaviməti aradan qaldırmağa çalışıb.

Kansler həmçinin ABŞ administrasiyasının Ukraynaya yardımda tərəddüdü fonunda Almaniyanın xarici siyasətdə “lider rolu” oynayacağını bəyan edib. “Ukraynanın taleyi bütün Avropanın taleyidir”, – Merts Zelenski ilə birgə çıxışında bildirib.

Berlin son günlər diplomatik mərkəzə çevrilib: Merts Zelenski, ABŞ-nin xüsusi nümayəndələri və Avropanın aparıcı liderlərini qəbul edərək mümkün sülh sazişi üzrə danışıqlara rəhbərlik edib. Kansler bunu “müharibənin başlanğıcından bəri ən böyük diplomatik dinamika” adlandırıb.

Mertsin fəallığı Avropa liderləri tərəfindən, əsasən, müsbət qarşılanır. Lakin Aİ-nin 27 üzvü arasında balansı qorumaq çətin olduğundan kanslerin bəzi addımları riskli görünür.

Hazırda Merts Avropa liderlərinin Rusiya aktivləri ilə bağlı qərarını Aİ-nin gələcək fəaliyyət qabiliyyəti üçün “həlledici məqam” kimi təqdim edir. Bu isə həm Almaniyanın, həm də Avropanın diplomatik nüfuzunu ciddi sınağa çəkir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa